Ziqzaq.az icon

Ziqzaq.az

1.0 for Android
5.0 | 5,000+ Installations

Morpho Labs

La description de Ziqzaq.az

Dünyanı ziqzaqla!
Ziqzaq.az fərdi və qrup turlarını özündə cəmləşdirən, turların sifarişini və səyahət planlaşdırmasını asanlaşdıran platformadır. Artıq ailənizlə və ya dostlarınızla istirahətə getmədən öncə bir neçə turizm agentliklərini gəzib dolaşmağe ehtiyac qalmayacaq. Ölkədaxili və ölkəxarici turları Ziqzaq.az mobil tətbiqindən seçə bilərsiniz.
Turizm agentlikləri hazır qrup turlarını Ziqzaq.az platformasına yerləşdirdəcək. Bununla istifadəçi platformaya daxil olaraq müxtəlif turlar haqqında məlumat ala, qiymətlərini və xidmətlərini müqayisə edə biləcəklər.
Turizm agentlikləri və fərdi tur təşkilatçıları tərəfindən dizayn olunan turlar ən incə detalına qədər tur proqramını əhatə edəcək şəkildə platformaya yerləşdirilir. Dünyanı ziqzaqlamaq istəyən istifadəçilər isə sadəcə bir kliklə tura qoşula və səyahəti bron edə biləcəklər.
Ziqzaq.az platformasınının yaranma məqsədi həm Azərbaycanda mövcud olan turizm agentliklərinin turlarını rahatlıqda müştəriyə təqdim etməsinə şərait yaratmaq, həm də sizin istirahət etmək üçün tur seçməkdə işinizi asanlaşdırmaqdır. Ziqzaq.az platforması vasitəsilə siz vaxtınıza qənaət etmiş olacaqsınız.
Ziqzaq.az platforması vasitəsilə siz getdiyiniz turlar haqqında şəkillər paylaşa və ya fikrinizi bölüşə bilərsiniz. Həmçinin turizm agentlikləri və onların təşkil etdiyi turlar haqqında digər istifadəçilərin rəylərini oxuyaraq getmək istədikləri tur haqqında öncədən fikir sahibi olacaqlar. Bu da seçim etməkdə çətinlik çəkən istifadəçilərə seçimini asanlaşdırmağa yardım edəcək.
Şəxsi kabinetinizdə getdiyiniz turlar haqqında tarixçə bölməsi mövcuddur. Bu bölmədə Ziqzaq.az platforması vasitəsilə sifariş etdiyiniz turları görəcəksiniz. Həmçinin qoşulduğunuz lakin hələ baş tutmayan turlarınızı “Gedəcəyim turlar” bölməsində təqdim edirik.
Bəzi turlar ola bilər ki, zamanı sizə uyğun olmadığı üçün qoşula bilmədiniz. Lakin o turda nələrin baş verdiyi marağınızı çəkir. O zaman “İzlədiyim turlar” bölməsi sizin üçündür. Qoşula bilmədiyiniz turu izləyərək tur haqqında ətraflı məlumat ala bilərsiniz. Bununla siz həmən tur bir daha təşkil olunduğunda onun haqqında öncədən təsəvvürünüz formalaşacaq və qoşulub qoşulmamaq qərarını verməkdə sizə yardım edəcək.
Platformamızın transfer xidməti də mövcuddur. Bu xidmətdən istifadə etməklə siz hava limanından yaxud hava limanına, hətta hər hansı bir nöqtədən başqa bir nöqtəyə transfer sifariş edə bilərsiniz. Məsələn, xarici səfərinizdən Bakıya qayıdarkən transferi öncədən rezerv etməklə hava limanında peşəkar kollektivimiz tərəfindən qarşılanacaq və mənzil başına çatdırılacaqsınız.

Informations

  • Catégories:
    Voyages et infos locales
  • Dernière version:
    1.0
  • Mise à jour:
    2020-05-29
  • Taille:
    4.2MB
  • Exigences:
    Android 4.1 or later
  • Développeur:
    Morpho Labs
  • ID:
    az.ziqzaq.az
  • Available on:
  • Ziqzaq.az
    ZiqZaq 1.1
    4.3MB
    2020-05-29
    APK
    Picture